Azərbaycanda “Gais Cyber Security”/“GMP Lab Azərbaycan” açıldı| Bakı və Ankara kibertəhlükəsizlik səhəsində əməkdaşlığı gücləndirir

  Azərbaycanda “Gais Cyber Security”/“GMP Lab Azərbaycan” açıldı|  Bakı və Ankara kibertəhlükəsizlik səhəsində əməkdaşlığı gücləndirir
706     14:03     13 07 2023    
Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “Gais CyberSecurity”, “Malwation”, PEYK şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb.

İmzalanma mərasimində Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Aslanov iştirak ediblər. Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Ahmet Erdal, səfirliyin daxili işlər məsləhətçisi İlhan Şen, səfirliyin ticarət məsləhətçisi Yakup Sefer, “Gais” şirkətinin kibertəhlükəsizlik baş meneceri Osman Doğan və baş direktor müavini Hasan Mutlu, “Malwation” şirkətinin qurucu partnyoru Kağan Işıldak, PEYK şirkətinin qurucu partnyoru Can Umay, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də daxil olmaqla digər dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri və akademiya işçiləri iştirak ediblər.

“GMP Lab Azərbaycan” açıldı

Əməkdaşlıq protokolu çərçivəsində “Gais Cyber Security”, “Malwation” və PEYK şirkətlərinin birgə dəstəyi ilə bu şirkətlərin baş hərfləri ilə adlandırılan “GMP Lab Azərbaycan” açılıb. GMP Laboratoriyası kibertəhlükəsizlik akademiyası kimi tədrisə başlayıb. Laboratoriyanın açılışında iştirak edən dövlət rəsmiləri və akademiklər Akademiyada yerli və xarici mütəxəssislər tərəfindən kursların keçiləcəyi kibertəhlükəsizlik yay məktəbinə qatılan tələbələrlə görüşüblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin baş müşaviri Ahmet Erdal və digər müşavirlər İlhan Şen, Yakup Sefer Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hər sahədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanda informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində Akademiyanın fəaliyyətini yüksək qiymətləndiriblər. Q. Novruzov informatika sahəsində kadr hazırlığının həyata keçirilməsində Akademiya ilə Türkiyənin aparıcı kibertəhlükəsizlik şirkətləri arasında yaradılmış səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Azərbaycanda “Gais Cyber Security” Ofisi açıldı

“Gais Cyber Security” qurucusu və baş meneceri Osman Doğan Azərbaycan ilə Türkiyə arasında səmimi dostluq və qardaşlıq əlaqələrindən bəhs edərək bu əməkdaşlığın əhəmiyyətinin vurğulandığı imzalanma mərasimində əməyi keçən hər kəsə təşəkkür edib. “Gais Cyber Security” baş menecerinin müavini Hasan Mutlu İnformatika Vadisi və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə yaradılmış inkubasiya mərkəzində “Gais Cyber Security” ofisinin açılması ilə kibertəhlükəsizlik sahəsində sektorların inkişafına töhfələrini vurğulayıb.
Strategyvision.org

Teq: Azərbaycan   Türkiyə   GAİS  


Oxşar məqalələr
Son əlavə olunanlar